Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Məktəb lövhələri üçün elektron kağız hazırlanıb
Tokio Universitetinin tədqiqatçıları böyükölçülü ekranlarda istifadə üçün ucuz elektron kağız hazırlayıblar. Yeni həll haqda "Journal of Applied Physics" jurnalında məlumat verilib.
"ICTnews" elektron xəbər xidməti "hi-news.ru" saytına istinadən bildirir ki, yaponiyalı tədqiqatçılar komandası 1970-ci illərdə hazırlanmış elektron kağız texnologiyasını yeniləyib. Alimlərin hazırladığı ucuz ekran məktəb lövhəsi qismində istifadə üçün mükəmməl həldir.
Yeni ekranın özəlliyi onun möhkəmliyi, qiyməti, parlaqlığı və ölçüləridir.
Emil Hüseynov
23/04/15 Çap et