Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
CERT.GOV.AZ dövlət və özəl sektora aid informasiya sistemlərinə cavabdeh şəxsləri diqqətli olmağa çağırır
Aprelin 23-24-də Azərbaycanın, o cümlədən Türkiyənin dövlət və özəl sektoruna aid saytlara erməni kiber qruplaşmaları tərəfindən planlaşdırılan kiber hücumların həyata keçiriləcəyi aşkarlanıb.
Bu, Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin apardığı araşdırma və müşahidə tədbirləri nəticəsində məlum olub.
CERT.GOV.AZ mümkün kiber hücumların qarşısınının alınması və reaksiya müddətinin azaldılması üçün dövlət və özəl sektora aid informasiya sistemlərinə cavabdeh şəxsləri diqqətli olmağa çağırır.
Məlumat üçün bildirək ki, aprel ayının 24-də Ermənistan höküməti qondarma soyqırımın 100 illiyini qeyd edəcək.
CAHANGİR
23/04/15 Çap et