Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir Salyanda vətəndaşlarla görüşdü


Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu gün Salyan şəhərində vətəndaşları qəbul edib.

Nazirliyin müvafiq struktur rəhbərlərinin də cəlb olunduğu qəbulda Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.

Müraciətlərin operativ araşdırılması və həlli məqsədilə qəbulun keçirildiyi Salyan Telekommunikasiya Qovşağında digər rayonların poçt və telekommunikasiya qovşaqlarının rəhbərləri ilə videobağlantı yaradılıb.

Qəbul zaman vətəndaşların əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayım xidmətlərinin keyfiyyəti, bu sahədə onları maraqlandıran məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb.

Araşdırılmaya ehtiyac olan bir sıra müraciətlər isə qeydiyyata götürülüb. Onların operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınıb.
 




24/04/15    Çap et