Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2015-ci ildə mobil reklam sahəsində 5 trend


Bu gün mobil qurğular sayca insanlardan çoxdur. Əvvəllər televiziya və çap sahəsinə yatırılan milyardlarla reklam pulları indi yığcam qurğular sahəsinə qoyulur. Mobil veb trafik dünyada masaüstü kompüterlər tərəfindən generasiya edilən trafiki ötür.
 
“ComScore” tədqiqat şirkətinin 2011-ci il üçün proqnozunda  2014-cü ilədək mobil reklam xərclərinin 2.5 milyard dollara çatacağı bildirilirdi. 2015-ci ildə isə bu xərclər 28 milyard dolları ötüb.
Mobil reklam sahəsi sürətlə inkişaf edir.
 
 
 
 
Mobil reklam xərcləri masaüstü xərclərini geridə qoyacaq






“eMarketer” analitik şirkətinin bu yaxınlarda dərc edilmiş hesabatına əsasən, indi masaüstü reklam xərcləri mobil reklamdan 1.18 milyard dollar çoxdur. Ekspertlərin proqnozuna görə, iki il sonra mobil reklam xərcləri masaüstü reklam xərclərini iki dəfə ötərək 49.81 milyard dollar təşkil edəcək.
 
Mobil tətbiqlərdə reklama üstünlük veriləcək

İstifadəçilər mobil veblə müqayisədə mobil tətbiqlərdə daha çox vaxt keçirir. Brendlər bu trenddən istifadə edərək mobil tətbiqlərdə reklam üçün daha böyük məbləğ ayırırlar. “eMarketer” tədqiqat şirkətinin proqnozuna görə, 2016-cı ilədək mobil veb sahəsinə ayrılmış xərclərlə (10.84 milyard dollar) müqayisədə mobil tətbiqlərdə reklam üçün xərclər (29.66 milyard dollar) üç dəfə yüksələcək.
 
Videoformat geniş yayılacaq

Mobil videorəqəmli reklam sahəsində ən sürətlə inkişaf edən seqmentlərdən biridir.
Reklamçılar bu artımda mühüm rol oynayır. Brendlər başa düşüblər ki, videoformatlar istifadəçilərin cəlbi üçün çox  və çox güclü brend tarixi yaratmağa kömək edir.

 
Hindistan: mobil reklamın növbəti qaynar nöqtəsi

Cənub-Şərqi Asiya smartfon baxımından dünyanın ən sürətlə inkişaf edən regionlarından biridir. Hindistan bu baxımdan daha sürətlidir. Gözləntilərə görə, cari ildə sözügedən ölkədə 250 milyondan çox mobil qurğu mövcud olacaq və mobil istifadəçilərin yarısından çoxu internetə qoşulacaq.
 
“Android” və “iOS”


“Opera MediaWorks”in bu yaxınlardakı tədqiqatına əsasən, bu iki mobil əməliyyat sistemi bütün reklam nümayişləri və gəlirlərinin 90 faizini təmin edir.

İndi “Android” mobil platforması mobil trafikin 63 və gəlirin 41 faizinə sahibdir. Rəqibi “iOS” 11 faiz daha çox gəlir qazanıb.
 
Emil Hüseynov
 

 
 
 
 




25/04/15    Çap et