Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Daha bir bank elektron arayışa keçdi
“NBC bank” kredit əməliyyatları prosesində elektron arayışların tətbiqinə başlayıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, vətəndaş banka getmədən, vaxt itkisinə yol vermədən onlayn rejimdə “Elektron hökumət” portalına daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə banka göndərə bilər.
Qeyd edək ki, hazırda bu elektron xidmətdən “Bank of Baku”, “Unibank” ASC, “Accessbank”, “Bakı Ticarət Bankı”, “Muğanbank” ASC, “Bank Respublika” ASC, “AGBank” ASC, “Rabitəbank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Expressbank” ASC, BOKT “İnkişaf üçün Maliyyə” MMC, BOKT “İdeal Kredit” MMC və “Azərbaycan Lizinq Şirkəti” MMC istifadə edir.
CAHANGİR
25/04/15 Çap et