Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın müxtəlif regionlarında rəqəmli radioyayıma keçid
Dünyanın bütün regionları rəqəmli radioyayıma keçidi həyata keçirməyə çalışırlar və artıq bir sıra ölkələr buna nail olublar.
Analoqdan yerüstü rəqəmli televiziya yayımına son keçid müddəti (2015-ci ilin iyunu) 2006-cı ildə Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Regional RadioRabitə konfransında müəyyən edilib. Bu qərar Afrika, Yaxın Şərq və Avropa, həmçinin İran İslam Respublikasına şamil edilir. Asiya-Sakit okean regionu, Şimali və Cənubi Amerika regionunda milli administrasiyalar yerüstü rəqəmli televiziya üçün spektrdən istifadə planlarının tərtibi üzərində ikitərəfli və çoxtərəfli istiqamətdə birgə işləyirlər.
Hazırda analoq Şimali Amerika, Avropanın əksər ölkələri və Asiyanın bəzi rayonlarında analoq radioyayımı dayandırılıb. Latın Amerikası və Asiya-Sakit okean regionu ölkələrinin əksəriyyəti isə 2015-2020-ci illərdə analoq yayımını dayandırmağı planlaşdırırlar.
Emil Hüseynov
27/04/15 Çap et