Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq Olimpiya Komitəsi telekanal açacaq


Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2016-cı ilin aprelində - Rio-de-Janeyroda Olimpiya Oyunlarının başlanmasına bir neçə ay qalmış rəqəmli "Olympic TV" telekanalını istifadəyə verməyi planlaşdırır.
 
Olimpiya yayım xidmətinin icraçı direktoru Yanis Eksarkos bildirib ki, Madriddə yerləşəcək yeni olimpiya telekanalının ştatı 100 nəfərdən ibarət olacaq. Onlar olimpiya yarışlarına və idman növlərinə həsr edilən proqram və filmlərin, eləcə də keçirilmiş oyunların xronikasının istehsalı ilə məşğul olacaqlar.
 
Bildirilir ki, kanal yatırılacaq 600 milyon dollarlıq investisiyanı 10 ilə ödəyəcək.
 
Telekanalın istifadəyə verilməsi BOK tərəfindən ötən ilin dekabrında təsdiq edilən "Olimpiya proqramı-2020" islahatlar proqramının tərkib hissəsidir.
 
Kanalın yaradılması BOK-un üzvləri tərəfindən ötən ilin dekabrında Monakoda keçirilən iclasında bəyənilib, - "TASS" yazır. 




27/04/15    Çap et