Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Finlandiya şirkəti mobil telefonlar bazarına qayıtması ilə bağlı şayiələri təkzib edib


Finlandiyanın “Nokia” şirkəti ötən həftə mobil telefonlar bazarına qayıtması ilə bağlı yayılan şayiələri təkzib edib.
 
“Bu məlumatlar yalandır və “Nokia Networks” şirkətinin top-menecerinin sözlərinin təhrif olunması nəticəsində yaranıb. “Nokia” bir daha bəyan edir ki, hazırda şirkətin istehlak telefonlarının istehsalı və ya satışı ilə bağlı planları yoxdur”, - şirkətin məlumatında deyilir.
 
Ötən həftə “Re/code” portalı anonim mənbələrə istinadən məlumat verib ki, Finlandiya şirkəti 2016-cı ildə mobil telefonlar bazarına qayıtmağı planlaşdırır. Mənbənin məlumatına görə, bu planların təşəbbüskarı istehsalçının “Nokia Technologies” bölməsi olub. Bölmə şirkətin malik olduğu on min patentin lisenziyalaşdırılması ilə məşğul olur və məhsulların hazırlanmasına, eləcə də onların digər şirkətlərdə lisenziyalaşdırılmasına məsuliyyət daşıyır, - "Lenta” yazır.




27/04/15    Çap et