Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook Messenger”də ödənişsiz videozənglər əlçatan oldu


Cari il aprelin 27-dən "Facebook"un "Messenger" mobil tətbiqində ödənişsiz videozənglər əlçatan olub.
 
"ICTnews" elektron xəbər xidməti "siliconrus.com" saytına istinadən bildirir ki, videozənglər funksiyası Belçika, Kanada, Danimarka, Fransa, Yunanıstan, İrlandiya, Laos, Litva, Meksika, Nigeriya, Norveç, Oman, Polşa, Portuqaliya, ABŞ, Böyük Britaniya və Uruqvaydan istifadəçiləri üçün əlçatandır. "Facebook"un nümayəndəsi yaxın aylarda ölkələrin siyahısını genişləndirməyə söz verib.
 
"Facebook Messenger" məhsulu üzrə direktor Sten Çudnovski "Techcrunch" nəşrinə bildirib ki, sözügedən funksiya həmişə ödənişsiz olacaq. Şirkətin nümayəndələri başa düşürlər ki, ünsiyyət insanları xəbər lentinə cəlb edir və "Facebook" reklamdan gəlir əldə edir.
 
Bu mobil tətbiq istifadəçinin internetə qoşulma sürətinə uyğun videonun keyfiyyətini avtomatik seçir.
 
Emil Hüseynov




28/04/15    Çap et