Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Google" şirkəti patent alveri ilə məşğul olacaq
"Google " şirkəti patent satışı üçün eksperimental portal yaradıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu portal investorlara patentlərini şirkətlərə satmağa imkan verəcək.
"Google" şirkətinin patent alışı və tətbiqi proqramı may ayının 8-dən 22-nə qədər ərizə qəbulu üçün açıq olacaq.
Şirkətdən verilən məlumata görə, ərizəçilər patentlərinin alqı-satqısı barədə iyunun 26-da, pulun ödənilməsi ilə bağlı isə avqustun sonları məlumat verməlidir.
Aynur Vəliyeva
28/04/15 Çap et