Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Estoniya kiberqoşunlara mülki könüllüləri cəlb edir


Estoniya kompüter mütəxəssisləri arasından ölkəni kiberhücumlardan müdafiə etməyə hazır olan könüllülər seçir. Ölkənin ikinci ordu eşelonuna və "Müdafiə liqası"nın ehtiyat sıralarına yüzlərlə mülki könüllüdən, o cümlədən müəllim, hüquqşünas və iqtisadçıdan ibarət kiberqrup daxildir.
 
Estoniya dünyada texnologiyaların inkişafına görə ən qabaqcıl ölkələrdən biri hesab edilir. Belə ki, ölkədə bütün bank əməliyyatları internet vasitəsilə həyata keçirilir və vətəndaşların 30 faizi son keçirilən seçkilərdə səsini elektron şəkildə verib. Lakin belə kompüterləşmə Estoniyanı kiberhücumlara həssas edərək boşluqlara yol açır. 2007-ci ildə ölkə tarixində bankların, nazirliklərin və milli parlamentin saytlarına müdaxilələrin olduğu ən böyük kiberhücum baş verib.  
 
Kibermüharibənin aparılma üsulları daima dəyişir və getdikcə daha çox aparıcı təşkilatın saytlarına müdaxilələr olur. Estoniya kiberqrupunun daimi ştatında cəmi üç nəfər çalışır. Qrupun mənzil-qərargahı əvvəllər Sovet kəşfiyyatçıları tərəfindən istifadə olunan binada yerləşir. Bölük komandiri Andrus Padar könüllüləri seçir və dünyada fasiləsiz kiberhücumlar axınının monitorinqini aparır. Onun sözlərinə görə, ölkənin İT mütəxəssislərinin təxminən 1 faizi artıq kiberqoşunlara qoşulub.  
 
2011-2012-ci illərdə Böyük Britaniyanın kibertəhlükəsizlik proqramının (Defence Cyber Security Programme, DCSP) rəhbəri olmuş general Conatan Şou ölkəsini Estoniyadan nümunə götürməyə çağırıb, - "SecurityLab" yazır.
 




29/04/15    Çap et