Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu robotlar minik avtomobillərinin yerini dəyişə biləcək


“Engadget” texnologiya nəşri yazır ki, avropalı tədqiqatçılar qrupu minik avtomobillərinin yerini dəyişdirən “AVERT” adlı yığcam robot evakuator konseptini nümayiş etdirib.
 
Yaradıcılar hesab edirlər ki, “AVERT” hər hansı xüsusi əməliyyatların keçirilməsinə mane olan avtomobillərin yerini operativ dəyişmək, həmçinin məsələn, içinə partlayıcı maddə quraşdırılmış avtomobili yaşayış ərazisindən təhlükəsiz məsafəyə aparmaq üçün istifadə olunacaq. Sistemin çoxmərtəbəli avtodayanacaqlarda istifadəsi nəzərdə tutulur, belə ki, orada artıq yer olmadığından adi evakuatorların tətbiqi qeyri-mümkün olur.
 
"ICTnews" elektron xəbər xidməti “tjournal.ru” saytına istinadən bildirir ki, “AVERT” adlı yığcam robot evakuator insan müdaxiləsi olmadan işləyir.
 
Mühəndislər bildirib ki, “AVERT” iki ton ağırlığında avtomobilləri qaldıra bilir. Sistem avtomobilləri həm təkərlərin hərəkət istiqaməti,  həm də təkərlərə perpendikulyar istiqamətdə daşıya bilər. Yaradıcılar öz həllini kütləvi bazara çıxarmağı hələ planlaşdırmırlar.
 
Emil Hüseynov




29/04/15    Çap et