Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Qaz abunəçiləri üzrə informasiya ehtiyatı”nın “Elektron hökumət” portalına inteqrasiyası müzakirə olunub


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  Məlumat Hesablama Mərkəzində (MHM) SOCAR İTRİ-nin və "Azəriqaz" İB-nin müvafiq sahə üzrə əməkdaşları ilə görüş keçirilib.
 
 
Mərkəzdən verilən məlumata görə,  toplantı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli qərarının icrası ilə bağlı "Azəriqaz" İB-ə məxsus "Qaz abunəçiləri üzrə informasiya ehtiyatı"nın  "Elektron hökumət" portalına inteqrasiyası, müvafiq elektron xidmətlərin təşkili, servislərin hazırlanması ilə bağlı təşkil olunub.
 
 
Toplantı çərçivəsində zəruri sosial xidmətlərin  elektronlaşdırılması, həmçinin, məlumat bazasının FİN-ə uyğunlaşdırılması məsələlərinin müzakirəsi aparılıb. Bu istiqamətdə portalın mövcud  potensialı barədə ətraflı məlumat verilib. 
 
 
Müzakirələrin sonunda müvafiq informasiya sisteminin portala inteqrasiya edilməsi üçün alınacaq serverlər və digər avadanlıqların texniki parametrləri MHM-in mütəxəssisləri tərəfindən SOCAR-ın əməkdaşlarına təqdim edilib.
 
 
CAHANGİR







29/04/15    Çap et