Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yanvar-mart aylarında Naxçıvan MR-də quraşdırılan POS-terminalların sayı açıqlanıb
Əhalinin nağdsız ödəniş vasitələrindən istifadə imkanlarının yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikasında cari ilin ilk rübü ərzində 81 POS-terminal quraşdırılıb.
Muxtar respublikasının Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici 1 aprel 2015-ci il tarixə 948-ə çatıb.
Qeyd edək ki, POS-terminallardan geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərib.
CAHANGİR
29/04/15 Çap et