Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

HP şirkəti Azərbaycana tədarük etdiyi məhsullarını yerli informasiya təhlükəsizliyi qurumlarında sertifikasiyadan keçirməyə hazırdı


Bu gün Bakıda "HP Software" şirkəti tərəfindən "HP Software Innovation Tour" seminarı keçirilib.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə "HP Software" şirkətinin MDB ölkələri üzrə departamentinin müdiri Anton Etçik bildirib ki, şirkətin təqdim etdiyi  effektiv kompleks həllər biznesin inkişafına müsbət təsir göstərir.
 
"Bizim platformalar İT infrastrukturun informasiya təhlükəsizliyini və İT idarəetmənin effektivliyini təmin etmək üçün ən yaxşı seçim ola bilər. Son zamanlar artıq  lisenziyalı proqram təminatlarının tətbiqinə və müəllif hüquqlarının qorunmasına diqqət artır və biz      bunu nəzərə alaraq yerli bazara təqdim etdiyimiz bütün məhsullarımızın müvafiq yerli informasiya təhlükəsizliyi qurumlarında sertifikasiyadan keçirməyə hazırıq", - deyə o qeyd edib.
 
"HP Software" şirkətinin Rusiya və MDB ölkələri üzrə texniki məsləhətçisi Aleksey Qrabko çıxışında bildirib ki, müəssisələrin təqdim etdiyi biznes servislərlə bağlı problemlərin çoxunun aradan qaldırılması monitorinqin keçirilməsi yolu ilə həll edilə bilər.
 
"Biznes servislərlə bağlı yaranan problemləri üçün şirkətin serverlərinin və əlavələrinin kompleks monitorinqi tələb olunur, bunu həyata keçirmək üçün "HP Operation Manager" həllindən istifadə etmək yetərlidir. Araşdırmalara əsasən, 43% hallarda biznes servislərin göstərilməsində problemin mövcudluğu son istifadəçilərdən öyrənilir və bu nasazlıqların 80%-i servislərin konfiqurasiyalarının dəyişməsi ilə bağlı olur. Bundan başqa "HP"-nin mobil istifadəçilərin aktivliyinin monitorinqi üzrə və bir sıra digər həlləri var ki, onlarsız müasir biznes servislərin monitorinqini təsəvvür etmək mümkün deyil", - deyə o qeyd edib.


İştirakçılara həmçinin, "Keyfiyyətli testləşdirmə - əsas biznes servislərin və əlavələrin etibarlı işinin zəmanətçisi kimi. "Application Delivery Management" mövzularında məruzələr təqdim edilib.
 
Aynur Vəliyeva
 
 




29/04/15    Çap et