Rumıniya polisi beynəlxalq kibercinayətkar qrupun üzvlərini nəzarət altına alıb
Rumıniya hüquq-mühafizə orqanları bank sistemlərinə müdaxilədə və ödəniş kartlarının saxtalaşdırılmasında ittiham olunan beynəlxalq cinayət qrupun fəaliyyətində iştirakda şübhəli bilinən 25 nəfəri həbs edib.
Rumıniya Mütəşəkkil Cinayətkarlıq və Terrorizm İdarəsi nümayəndələrinin sözlərinə görə, cinayətkarlar Puerto-Riko və Omanda maliyyə müəssisələrinin hesablarından 15 milyon dollardan çox vəsaiti oğurlayıblar.
Qanun keşikçiləri Rumıniyada 42 evdə axtarış apararaq cinayətkarların qeyri-qanuni fəaliyyət üçün istifadə etdikləri fərdi kompüter və smartfonları müsadirə ediblər. Həmçinin nağd şəkildə 150 min avro, şəkillər və qızıl külçələr müsadirə olunub.
Müstəntiqlərin fikrincə, digər üzvlərinin azadlıqda olduğu qruplaşma 52 müxtəlif millətin nümayəndəsindən ibarətdir. Cinayətkarlar böyük şirkətlərin ödəniş kartları haqqında məlumatları oğurlayaraq sonradan əldə olunan informasiyadan saxta kartlar düzəltmək üçün istifadə ediblər.
Rumıniya prokurorlarının qənaətinə görə, qruplaşma üzvləri nağd pulları qeyri-iş günlərində hissə-hissə çıxarıblar. Cinayətkarlar əməllərini təkcə Rumıniyada deyil, həmçinin digər ölkələrdə, o cümlədən ABŞ, Belçika, Kanada, Kolumbiya, Dominikan Respublikası, Misir, Estoniya, Almaniya, İndoneziya, İtaliya, Latviya, Malayziya, Meksika, Pakistan, Rusiya, İspaniya, Şri-Lanka, Tailand, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniyada həyata keçiriblər.
2013-cü ilin fevralında cinayətkarlar Yaponiyada 9 milyon dollar, həmin ilin dekabrında Ruminiyanın 15 şəhərində ümumilikdə 5 milyon dollar oğurlayıblar, -
"SecurityLab” yazır.