Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

DİN-in məlumat axtarış sistemindən KTN-ə servis ötürülməsi planlaşdırılır


“Elektron hökumət” portalı üzərindən Daxili İşlər Nazirliyinin “Giriş-cıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemindən Kənd Təsərrüfatı Nazirliyinə servis ötürüləcək.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə görüşdə qərara alınıb.
 
Toplantıda prosesin texniki detalları birgə müzakirə olunub.
 
Görüş çərçivəsində “Elektron kənd təsərrüfatı” informasiya sisteminin “Elektron hökumət” portalına inteqrasiyası, bunun üçün sistemin FİN-ə uyğunlaşdırılması məsələlərinin müzakirəsi aparılıb.
 
CAHANGİR 
 
 




30/04/15    Çap et