Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vergilər Nazirliyi “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri” beynəlxalq standartını tətbiq edir


Azərbaycan Vergilər Nazirliyi “BS Cert” MMC ilə informasiya təhlükəsizliyi xidmətləri üzrə müqavilə imzalayıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, müqavilə “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri” beynəlxalq standartının tətbiqi üzrə işlərin görülməsini, məsləhətlərin verilməsini, müvafiq sənədlərin hazırlanmasını və sertifikatlaşdırma auditi üzrə xidmətlərin göstərilməsini nəzərdə tutur.
 
“BS Cert” MMC ilə bağlanılan informasiya təhlükəsizliyi xidmətləri üzrə müqavilənin ümumi dəyəri 157 270,40 manat təşkil edir.
 
Aynur Vəliyeva




30/04/15    Çap et