Bu il kompüterlər 10 faiz bahalaşacaq
“Gartner” analitik şirkəti valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədar kompüterlərin bahalaşacağını bildirir. Analitiklərin proqnozlarına görə, 2015-ci ildə Avropa və Yaponiya bazarlarında fərdi kompüterlərin qiyməti 10 faiz artacaq.
“Hazırda biz dolların digər əksər valyutalara nisbətdə kəskin bahalaşmasının şahidi oluruq ki, bu da şirkətlərin gəlirlərinə öz təsirini göstərir. 2015-ci ilin əvvəlindən yerli valyutaların dəyərinin 20 faiz azaldığı Avropa və Yaponiyada fəaliyyət göstərən kompüter istehsalçıları mənfəəti saxlamaq üçün qiymətləri artırmağa məcburdurlar”, - "Gartner”in tədqiqatlar üzrə direktoru Rancit Atval deyib.
Ekspertlərin proqnozuna görə, 2015-ci ildə Qərbi Avropa sakinləri kompüter elektronikasının alışına təxminən 116 milyard dollar (dolların məzənnəsinin dəyişməsi nəzərə alınmadan) xərcləyəcəklər. Bu, bir il əvvəlin göstəricisindən 4 faiz çoxdur. 2016-cı ildə xərclər 117,4 milyard dollaradək artacaq, bir il sonra 113,9 milyard dollaradək azalacaq.
Baha dolların maliyyə vəziyyətinə mənfi təsirini kompensasiya etmək üçün istehsalçılar diqqəti texniki baxımdan nisbətən aşağı səviyyəli kompüterlərin satışına yönəldəcək. Bu il istehsalçıların kompüter komplektləşdirmə hissələrinə xərcləri 1:9 faiz nisbətində azaldacaqlar.
Analitiklərin fikrincə, fərdi kompüterlərin müxtəlif bazarlarda satışı qiymət məsələsindən çox asılıdır, odur ki, 2016-cı ilədək istehlakçıların 30 faizi alışların edilməsinin planlaşdırıldığı qiymətlər diapazonunu aşağı salacaqlar. Bazarın təxminən 30 faizini qiyməti 500 dollardan aşağı olan sistemlər tutacaq.
Qeyd olunur ki, belə qurğulara üstünlük verən istifadəçilər nisbətən aşağı xüsusiyyətlərə malik ucuz məhsullar alacaqlar. Qiyməti 500-800 dollar təşkil edən kompüterləri (bu seqmentin payı 40 faiz olacaq) seçən istehlakçılar alışı təxirə salacaqlar. Yüksək məhsuldarlıq tələb edən (bu fərdi kompüterlərin satış payı 30 faizə bərabər olacaq) istifadəçilər isə əvvəllər alınan kompüterlərin istismar müddətini 10 faiz artıracaq, -
"DailyComm” yazır.