Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fərdi kompyuter istifadəçilərinin yarısı daim pirat proqram təminatı alırlar


Fərdi kompyuter istifadəçilərinin təxminən yarısı - 47 faiz proqram təminatlarını daim qeyri-qanuni yolla əldə edirlər. İnkişaf edən ölkələrdə bu göstərici əhəmiyyətli dərəcədə yüksəkdir.

Proqram təminatı istehsalçılarının assosiasiyası (BSA) bu gün öz “BSA TechPost” rəsmi bloqunda tədqiqat nəticələrini dərc edib.

“İpsos Public Affairs” şirkəti 32 ölkədə təxminən 15 000 fərdi kompyuter istifadəçisi arasında sorğu apararaq “BSA” üçün tədqiqat keçirib. Hər bir ölkədə 400-500 müsahibə keçirilib.

Tədqiqat göstərib ki, inkişaf edən ölkələrdə fərdi kompyuter istifadəçilərinin əksəriyyəti proqram təminatını daim qeyri-qanuni yolla əldə edirlər. Bununla yanaşı, istifadəçilər intellektual mülkiyyət prinsiplərini dəstəklədiyini ifadə edirlər.

Daim lisenziyasız proqram təminatı əldə edən istifadəçilərin ən yüksək səviyyəsi Çində qeyd edilib. Nigeriya, Vyetnam, Ukrayna, Malayziya, Tayland, İndoneziya, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və Meksika sonrakı yerləri bölüşürlər.

"Yüz milyonlarla piratın qeyri-qanuni fəaliyyətinin nəticəsi kimi proqram təminatı sənayesində 59 milyard ölçüsündə itki olub.

Bu tədqiqat bizə piratların fəaliyyətinin səbəblərini anlamağa imkan yaradır" – “BSA”-nın prezidenti və əsas icraçı direktoru Robert Xolliman bildirib.




08/09/11    Çap et