Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
DDOS-hücumları sürətlənir
Dünya üzrə aparılan araşdırmaların nəticələri göstərib ki, DDOS-hücumlarının səviyyəsi və gücü artıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Arbor Networks” şirkətinin apardığı araşdırmaların nəticələri bu ilin ilk üç ayı ərzində DDOS-hücumların 17,7 faizinin gücü 1 GB/s-dən yuxarı olub.
Ötən ilin birinci rübündə bu göstərici 16 faiz təşkil edib. Mütəxəssislər eyni zamanda 100 Gbit/s-dən yuxarı pik trafikləri olan 25 hücum qeydə alıblar.
Aynur Vəliyeva
30/04/15 Çap et