Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya planşetlər bazarında azalma davam edəcək


"Digitimes Research” analitik şirkətinin proqnozuna görə, 2015-ci ilin ikinci rübündə dünyada planşet kompüterlərin tədarük həcmi əvvəlki rübdəki kimi eyni səviyyədə olsa da, bir il əvvəlki göstərici ilə müqayisədə təxminən 10 faiz azalacaq.

Analitiklərin qiymətləndirməsinə görə, planşet istehsalçıları aprel-iyunda ümumilikdə 49,3 milyon planşet tədarük edəcək.
 
 
Qeyd olunan həcmdə “Apple” şirkətinin payı 9,8 milyon qurğu təşkil edəcək. İllik hesablamada “iPad” planşetinin tədarükü 30 faiz azalacaq.
 
Eyni zamanda “white-box” sxemi üzrə işləyən və firma markası bilinməyən məhsullar buraxan istehsalçılar 20 milyon planşet tədarük edərək “Apple” və digər brend istehsalçılardan daha yaxşı dinamika nümayiş etdiriblər.
 
Brend istehsalçılar barədə danışan analitiklər əlavə ediblər ki, onların planşet qurğularının tədarük həcmi 19 milyon ədəd səviyyəsində gözlənilir. Mütəxəssislər “Samsung” şirkətinin bazarda gələcəkdə daha da möhkəmlənəcəyini və bazarın lideri “Apple”dan geriliyi azaldacağını proqnozlaşdırırlar.
 
“Digitimes Research” ekspertləri həmçinin 2015-ci ilin yanvar-martında dünya planşetlər bazarında tədarükün xeyli azalmasını bildiriblər. Qeyd olun müddətdə 49,08 milyon qurğu tədarük edilib ki, bu da ötən rübdən və bir il əvvəldən müvafiq olaraq 35,3 və 15,3 faiz azdır. Bu həcmə 12 milyon “iPad”, digər brend istehsalçıların 19,1 milyon planşeti, eləcə də "white-box” kateqoriyasından olan 18 milyon qurğu daxildir, - "DailyComm” yazır. 




30/04/15    Çap et