Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiyada yaşlı insanlara 5 milyon “iPad” hədiyyə ediləcək
Tokioda keçirilmiş mətbuat konfransında "Apple" şirkətinin direktoru Tim Kuk bildirib ki, "Apple" "IBM" ilə birgə Yaponiyanın yaşlı insanlarına xüsusi proqram təminatı quraşdırılmış 5 milyon "iPad" planşet kompüteri hədiyyə edəcək.
"ICTnews" elektron xəbər xidməti "tjournal.ru" saytına istinadən bildirir ki, nəticədə yaşlı insanlar sağlamlığına nəzarət edə və həkimlərlə əlaqə saxlaya biləcəklər.
Həmçinin "Japan Post" şirkəti bu kampaniyanı dəstəkləyib.
Emil Hüseynov
01/05/15 Çap et