Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnnovativ ödəniş məhsulları üzrə seminar keçirilib
Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi və ödəniş kartlarından istifadə miqyasının artırılması istiqamətində Mərkəzi Bankın təşkilatçılığı ilə seminar keçirilib.
"China UnionPay" beynəlxalq kart təşkilatı tərəfindən bankların və prosessinq mərkəzlərinin nümayəndələri üçün reallaşdırdığı treninqdə iştirakçılara təşkilatın regionda və ölkənin ödəniş kartları bazarında gələcək fəaliyyət istiqamətləri, təqdim olunacaq yeniliklər və ödəniş kartları məhsulları haqqında geniş məlumat verilib.
Müzakirələr zamanı təşkilatın beynəlxalq səviyyədə həyata keçirdiyi layihələr, ödəniş kartları ilə əməliyyatlar zamanı tətbiq olunan tarif siyasəti, innovativ ödəniş məhsulları üzrə mövzulara, habelə banklarla qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunulub, qarşılıqlı fikir mübadiləsi aparılıb.
SEYMUR
01/05/15 Çap et