Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Böyük ekranlı qurğuların qlobal smartfon bazarına nüfuzetmə səviyyəsi 20 faizə çatıb
"Flurry" şirkətinin 2015-ci ilin martına olan hesabatına əsasən, fablet adlandırılan böyük ekranlı smartfonlar bazarının 20 faizini tutur.
Müqayisə üçün, 2014-cü ilin yanvarında böyük ekranlı qurğular qlobal smartfon bazarının yalnız 6 faizini tutub. 2015-ci ilin martında bu tip qurğuların payı üç dəfə yüksəlib.
"ICTnews" elektron xəbər xidməti "searchengines.ru" saytına istinadən bildirir ki, bu tip qurğulara münasibət birmənalı deyil. Bir çox analitiklər planşetlərin satış həcminin azalmasını böyük ekranlı smartfonların istehsalı ilə izah edirlər.
"Flurry" şirkətinin təsnifatına görə, fabletlər 5-7 düymlük ekranla təchiz olunmuş qurğulardır.
Emil Hüseynov
01/05/15 Çap et