Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ultra” inşaat sektorunda çalışanlar üçün vebinar təşkil edir
Azərbaycanın aparıcı İT şirkəti "Ultra" inşaat sektorunda çalışan özəl və dövlət təşkilatında çalışan layihə menecerləri, xərclərin idarəetməsinə nəzarət edən şəxslər, təchizatçılar üçün maraqlı bir vebinar təşkil edir.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, mayın 7-də saat 12:00-da başlayacaq vebinar "Future Network Development" şirkətinin mütəxəssisləri tərəfindən "vebinar.ultra.az/asta" saytında keçiriləcək.
Vebinar "Asta" və "S-curve" proqramlarından faydalı istifadə, xərclərin azaldılması, layihə performansı və s. mövzularda olacaq. Vebinara bir saat vaxt ayırmaqla şirkətlər işlərinin səmərəli qurulmasında biliklər əldə etmək üçün imkan əldə edəcəklər.
Aynur Vəliyeva
01/05/15 Çap et