Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan statistik məhsula təsir edə biləcək biznes və İT dəyişiklikləri mövzusunda müzakirənin aparıldığı seminarda təmsil olunub
BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), Statistik İstehsal və Xidmətlərin Modernləşdirilməsi üzrə Yüksək Səviyyəli Qrup, İstehsal və Metodlara dair Modernləşdirmə Komitəsi və Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) birgə təşkilatçılığı ilə İsveçrənin Cenevrə şəhərində “Statistik məhsulun modernləşdirilməsi” mövzusunda seminar keçirilib.
Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, tədbirdə ölkəmizi komitənin nümayəndəsi təmsil edib.
Seminarda statistik məhsula təsir edə biləcək biznes və İT dəyişiklikləri, müəssisə arxitekturası və onun statistik məhsulun modernləşdirilməsində rolu, texnologiyalarda innovasiya və modernləşdirilmə üçün münasib olan metodlara dair mövzular müzakirə olunub. Tədbirdə İspaniya, Niderland, Koreya Respublikası, Kanada və İtaliyanın təcrübəsi nümayiş etdirilib.
Tədbirin sonunda texniki avadanlıqların istismarının mənimsənilməsi yollarının (machine learning) rəsmi statistikada rolu haqqında müzakirələr aparılıb.
CAHANGİR
02/05/15 Çap et