Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Maliyyə kiberhücumlarının sayı kəskin artıb


"Kasperski Laboratoriyası" maliyyə xarakterli hücumların sayının kəskin artımını qeydə alıb: mobil qurğu sahibləri, fərdi kompüter istifadəçiləri və bilavasitə banklar kibercinayətkarların qurbanı olur.
 
Ötən ilin son rübü ilə müqayisədə 2015-ci ilin ilk üç ayında bank hesablarından pulun çəkilməsi cəhdləri ilə üzləşmiş istifadəçilərin sayı 1.5 dəfə (64 faiz) artıb. Kibercinayətkarlar bank hesabı və ödəmə sistemlərinə girişdən ötrü məxfi informasiyanın ələ keçirilməsi funksiyasını bütün mümkün üsullarla istənilən zərərli proqram təminatının tətbiqinə cəhd edirlər.
 
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, maliyyə təhlükələri onlayn bankçılıq sisteminin müştərilərinə hücum edən zərərli proqram təminatı ilə məhdudlaşmır. Kibercinayətkarlar, həmçinin “Bitcoin” pul cüzdanlarının ələ keçirilməsi alətlərindən aktiv istifadə edir.
 
Mobil seqmentdə zərərli proqram təminatı təkamülünün əsas istiqaməti pul ələ keçirməklə bağlıdır: virus yazanlar çalışırlar, onların zərərli proqramı istifadəçilərin bank məlumatlarını və pullarını müxtəlif üsullarla ələ keçirsin.
 
2015-ci ilin birinci rübündə maliyyə kiberhücumları yalnız cihaz və FK istifadəçilərinə hədəflənməyib. Həmçinin kibercinayətkarlar birbaşa bankdan pul oğurlamağı öyrənib.
 
Emil Hüseynov
 

 




04/05/15    Çap et