Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Lenovo” şirkəti ucuz smartfonunu nümayiş etdirib
“Lenovo” şirkəti “A3900” adlı yeni smartfon modelini nümayiş etdirib.
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, qurğu 854x480 nöqtə təsvir ölçülü 5 düymlük sensor ekrana malikdir və 1,2 QHs takt tezlikli səkkiznüvəli “MediaTek MT6752” prosessoru ilə təchiz edilib. Əməli yaddaşın tutumu 512 MB, daxili fləş yaddaşın tutumu isə 4 QB (yaddaş kartının köməyi ilə artırmaq olar) təşkil edir.
Arxa paneldə “LED” işıqlandırıcıya malik 5 meqapiksellik kamera, ön paneldə isə 2 meqapiksellik kamera quraşdırılıb. Aparat “3G” və “4G” rabitə şəbəkələrini, “Wi-Fi” və “Bluetooth” simsiz interfeyslərini dəstəkləyir. Akkumulyator batareyasının tutumu 2300 milliamper/saat təşkil edir. Yeni qurğunun ölçüləri 142,8×71,8×8,95 mm, çəkisi 157 qramdır. Qurğu “Android 4.4” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
Cihazın satış qiyməti 80 dollardır.
Emil Hüseynov
04/05/15 Çap et