Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” şirkətinin mobil qurğularının satış həcmlərində kəskin artım müşahidə olunub


“LG” şirkətinin mobil qurğularının satış həcmləri bu ilin birinci rübündə yetərincə artıb. 
 
   “ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, şirkət ilin birinci rübündə mobil qurğularının satış həcmlərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% artımına nail olub.
 
Lakin ötən ilin son rübü ilə müqayisədə şirkət daha az, yəni 15,5 milyon əvəzində 15,4 milyon qurğu satıb.
 
Ən çox inkişaf edən satış bazarı ABŞ olub, burada satışların həcmi 66 faiz artıb. Ümumilikdə şirkətin qazancı 3,27 milyard dollar təşkil edib.
 
Gələn ay yeni  “LG” G4 qurğusunun satışa çıxarılması nəticəsində vəziyyət daha da yaxşılaşmalıdır.
 
Aynur Vəliyeva
 




04/05/15    Çap et