Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Surətlərin tanınması üzrə proqram təminatı ilin startapı müəyyən edildi
Rusiyanın “Skolkovo” innovasiya mərkəzi bu ilin startapını müəyyən edib və mükafatlandırıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Skolkovo” innovasiya mərkəzi ilin startapı adına “Visionlabs” startapını layiq görüb.
Şirkət surətlərin tanınması üçün proqram təminatı yaradır və kompüterin görmə qabiliyyəti, robototexnika, məlumatların təhlili sahələrində tədqiqatlar aparır.
“VisionLabs”ın mükafatı müsabiqənin mükafat fondunun 2 milyon rubl təşkil edən bir hissəsi olacaq. Hazırda “VisionLabs” “Skolkovo” informasiya texnologiyaları klasterinin beş ən yaxşı şirkətlər siyahısına daxildir.
Aynur Vəliyeva
04/05/15 Çap et