Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şagird və müəllimlər arasında elektron təhsil resursları təbliğ olunur


Azərbaycanda şagird və müəllimlərin maliyyə savadlılığı mövzusunda elektron təhsil resurslarının təbliği istiqamətində keçirilən müsabiqənin birinci mərhələsi başa çatıb.
 
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, Mərkəzi Bank və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə "Maliyyə savadlılığı" layihəsi çərçivəsində respublika ümumtəhsil məktəb müəllimləri və şagirdləri arasında 18 mart 2015-ci il tarixdə başlamış "Həyat bilgisi və maliyyə savadlılığı" və "Bu günün qənaəti sabahın təminatıdır" adlı müsabiqələr yekunlaşıb.
 
 Qeyd edək ki, müsabiqələrin keçirilməsində məqsəd şagird və müəllimlər tərəfindən maliyyə savadlılığı mövzusunda elektron təhsil resursları, pul yığımı və qənaətcilliklə bağlı qısametrajlı filmlərin hazırlanması və bu yolla onların maliyyə savadlılığının artırılması istiqamətində maarifləndirmə işlərinin aparılmasıdır.
 
 
Müsabiqələr "Maliyyə savadlılığına aid ən yaxşı resurs" və "Şagirdin məqsədli qənaəti" nominasiyaları üzrə "www.musabiqe.edu.az"  saytı vasitəsilə keçirilib. Müsabiqələrin I mərhələsinə ümumilikdə 223 iş təqdim edilib və qəbul olunan işlər növbəti mərhələdə qiyməndirilmək üçün Ekspert Komissiyasına göndərilib.
 
 
SEYMUR




04/05/15    Çap et