Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Stiv Voznyak: Kompüterlər 200 il əvvəl insanlara qalib gəlib


“Apple” korporasiyasının həmtəsisçisi Stiv Voznyak süni intellektin inkişafı və bəşəriyyətə təhlükəsindən narahat deyil. O, Massaçusets ştatında auditoriya qarşısında çıxışı zamanı deyib ki, kompüterlər artıq qalibdir, çünki insanlar onlara çox böyük əhəmiyyət verir.

"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, o, həmçinin etiraf edib ki, kolleksiyasında beş “iPhone” modeli və bir neçə “Android” smartfonu var. İş adamı müəyyən edilmiş marşrutla avtomatik hərəkət edəcək avtomobilin istehsalını gözləyir.

O bildirib ki, “Apple” şirkətinin yaranmasından ötən ilk illərdə kompüterlər üzərində işləməkdən zövq alırdı və insanlar üçün faydalı iş görəcəyinə ümid edirdi. Bununla belə, “Apple”ın təsisçiləri o illərdə hesab edirdilər ki, insanlar kompüterlərin köməyilə yalnız mühasibat işlərini həll edəcəklər.

Voznyak belə hesab edir ki, indi dahi Stiv Cobs bizimlə olmasa da, lakin “Apple” inkişaf edəcək. Birincisi, şirkətə "birinci dərəcəli mütəxəssislər" rəhbərlik edirlər, ikincisi, “Apple”ın maliyyə şəraiti istənilən səhvi aradan qaldırmağa imkan verəcək.

Emil Hüseynov




04/05/15    Çap et