Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” “Internet.org” platformasını kənar tərtibatçılar üçün açıq elan edib


“Facebook” sosial şəbəkəsi “Internet.org” platformasını kənar tərtibatçılar üçün açıq elan edib. “Internet.org” platforması ilə inteqrasiya olunan mobil tətbiq yaratmaq istəyənlər texniki qaydalarla tanış olmalıdır.
 
"ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, məsələn, mobil proqram həm smartfon, həm də internetə zəif qoşulmanı dəstəkləyən mobil qurğulardan istifadə üçün optimallaşdırılmalıdır.
 
Xatırladaq ki, “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Sukerberq 2013-cü ilin avqustunda “Internet.org” layihəsini elan edib.
“Internet.org” – bu, texnologiya sahəsinin liderləri, qeyri-kommersiya təşkilatları, yerli cəmiyyətlər və ekspertlər arasında qlobal əməkdaşlıqdır. Onlar dünya əhalisinin üçdə iki hissəsinin internetə çıxışını təmin etmək üçün səylərini birləşdirirlər. Müxtəlif resurslar, qabaqcıl təcrübə və müxtəlif alətlərlə mübadilə edən “Internet.org” proqramının tərəfdaşları 3 əsas inkişaf sahəsi üçün həll axtarırlar: əlçatanlıq, səmərəlilik, biznes modelləri.
 
2014-cü ilin oktyabrında “Internet.org” layihəsi İndoneziyada işə salınıb.
 
2015-ci ilin yanvarında “Facebook” “Internet.org” proqramını Kolumbiya, bir ay sonra Hindistanda işə salıb.
 
Emil Hüseynov
 




04/05/15    Çap et