Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünya Bankı “Azərpoçt”a maliyyə xidmətlərinin inkişafını davam etdirməyi təklif edib
Dünya Bankı Azərbaycanın milli poçt operatorunun göstərdiyi maliyyə xidmətlərinin çeşidini genişləndirmək məqsədi ilə "Maliyyə xidmətlərinin inkişaf etdirilməsi" layihəsini davam etdirməyi təklif edib.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan hökumətinin qərarından asılı olaraq "Maliyyə xidmətlərinin inkişaf etdirilməsi" layihəsinin növbəti mərhələsində "Azərpoçt" tərəfindən kreditlərin verilməsi prosesinin təşkili mümkün ola bilər.
Bu məqsədlə artıq Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Mərkəzi Banka təkliflərini təqdim edib.
Kreditlərin verilməsi və depozitlərin qəbulu xidmətlərinin göstərilməsi qanunvericilikdə tətbiq ediləcək dəyişikliklərlə bağlıdır.
Gələcəkdə Milli poçt operatorunun ölkənin maliyyə xidmətləri bazarının 5%-nə sahib olacağını proqnozlaşdırır.
Azərbaycanda 43 bankın, yəni olduqca böyük rəqabətin olmasını nəzərə alaraq, poçt sektorunun ümumi maliyyə xidmətləri bazarındakı payının məhz bu qədər təşkil etməsi artıq nailiyyət sayıla bilər.
Aynur Vəliyeva
04/05/15 Çap et