Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Parabank” da “Elektron hökumət” portalına qoşuldu


Bu gündən etibarən “Parabank” ASC də öz müştərilərinə elektron arayış xidmətindən yararlanmaq imkanı verəcək.
 
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, sözügedən bank ötən aydan MHM ilə əməkdaşlığa başlayıb, e-arayışın tətbiqi üçün xüsusi test mühiti yaradılıb. Bu gündən artıq e-arayışlar üzrə proseslər yekunlaşıb, xidmətin real mühitdə tətbiqinə start verilib. 
 
 
Qeyd edək ki, “Parabank” ASC-nin bütün filiallarında elektron arayışlardan faydalanmaq mümkündür.
 
 
CAHANGİR
 




04/05/15    Çap et