Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron Təhlükəsizlik Mərkəzinin yeni troyan virusu xəbərdarlığı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi Linux əməliyyat sistemi üçün XOR.DDoS adlı yeni bir troyan virusun aşkar olunması ilə bağlı xəbərdarlıq yayıb.
Xəbərdarlıqda qeyd olunur ki, XOR.DDoS troyan virusu kompüterə yoluxduqdan sonra Command&Control serverlə əlaqələnir və yoluxduğu sistemlər üzərindən başqa komputer sistemlərinə DDos hücumlar həyata keçirir. Bu troyan virusunun fərqləndirici cəhətləri C++ proqramlaşdırma dilində yazılması və aşkar olunmamaq üçün “rootkit” proqramından istifadə etməsidir. Belə ki, troyan virusu sistemə yoluxduqdan sonra “rootkit” proqramı işə düşür və troyan virusunun bütün mümkün göstəricilərini gizlədir. Beləliklə, komputerin həmin virusa yoluxduğunu aşkarlamaq mümkün olmur.
Qeyd edək ki, adı qeyd olunmuş troyan virusu Windows əməliyyat sistemi üçün də mövcuddur.
CAHANGİR
04/05/15 Çap et