Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Qunduz” informatika və kompüter bacarıqları müsabiqəsinin final mərhələsi keçirilib
ADA Universitetində orta məktəb şagirdləri arasında "Qunduz" informatika və kompüter bacarıqları müsabiqəsinin ("Bebras" Informatics and Computer Fluency contest) final mərhələsi keçirilib.
Müsabiqənin final mərhələsinə 4184 Azərbaycan məktəblisi qatılıb və ən yüksək bal toplamış 44 məktəbli informatika üzrə bacarıqlarını sınayıb.
Daha sonra nəticələr açıqlanaraq təltif etmə mərasimi keçirilib.
Qeyd edək ki, müsabiqə ("Bebras" International Contest on Informatics and Computer Fluency) proqramlaşdırma bilikləri olmayan şagirdlərin alqoritmik və məntiqi təfəkkürlərini qiymətləndirmək məqsədi ilə təşkil olunub.
Başlanğıcı 2004-cü ildə qoyulmuş "Qunduz" müsabiqəsi hazırda dünyanın 30-a yaxın ölkəsində, o cümlədən Avstriya, Almaniya, Fransa, Kanada, Yaponiyada mütəmadi olaraq keçirilir.
Aynur Vəliyeva
04/05/15 Çap et