Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Fərdi kompyuter bazarında 2011-ci ildə artım 3,8% təşkil edəcək
“Gartner” analitik şirkəti növbəti dəfə fərdi kompyuter bazarının artım sürəti ilə bağlı öz proqnozunu aşağı salıb. Ekspertlərin fikrincə, 2011-ci ildə FK seqmenti yalnız 3,8% artacaq. Qeyd edək ki, əvvəlki proqnoz isə 9.3% idi.
Analitiklər fərdi kompyuter bazarının artım sürətinin ləngiməsini Qərbi Avropa və Amerika Birləşmiş Ştatlarında qeyri-stabil iqtisadi vəziyyət ilə əlaqələndirirlər.
08/09/11 Çap et