Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda qeydiyyatda olan radiotezlik istifadəçiləri və radioelektron vasitələrin növbəti statistikası açıqlanıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində (DRİ) 1 may 2015-ci il tarixinə 460 radiotezlik istifadəçisi qeydiyyatdadır.
 
DRİ-dən verilən məlumata görə, onlardan 71 istifadəçi dövlət, 318-i kommersiya, 33-ü xarici təşkilat və 38-i isə fiziki şəxslərdir.
 
Bu ilin yanvar-may aylarında 2060 ədəd radioelektron vasitə (REV) DRİ-də qeydiyyata alınıb. İdarədə qeydiyyatda olan REV-in ümumi sayı 48219 ədəd təşkil edir.
 
CAHANGİR
 




05/05/15    Çap et