Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bill Qeytsin həyata keçən proqnozları


Bil Qeyts təvazökar insandır və heç vaxt özünü uzaqgörən adlandırmayıb. Ancaq on altı il əvvəl "Business @ the Speed of Thought" kitabında Qeyts tərəfindən verilmiş proqnozların hamısı reallaşıb.
 
  1. Satış qiymətləri müqayisə edilə bilən saytlar mövcud olacaq
Bill Qeyts kitabında yazıb ki, gələcəkdə yaradılacaq portallarda bu və ya digər məhsul üçün ən yaxşı satış qiymətini seçmək mümkün olacaq. İndi "Google"un xidmətlərindən biri, "Amazon" internet mağazasının axtarış sistemi bu prinsip üzrə işləyir.
 
  1. Smartfon və planşetlər

Bill Qeytsin proqnozuna görə, insanlar mobil qurğuların köməyi ilə yalnız ünsiyyət deyil, həm də vacib əməliyyatlar etmək imkanına malik olmalı idilər. Proqnoz cib fərdi kompüterləri və kommunikatorlar erasında qismən özünü doğruldub. Amma məhz indi cihazlar istehlak elektronikasını dünyasını idarə edir, funksiyalarına görə isə kompüterlərdən geri qalmırlar.
 
  1. Onlayn səhiyyə və maliyyə
O öz kitabında yazıb ki, internet sayəsində səhiyyə və maliyyə dünyası daha da inkişaf edəcək. Doğrudan da elə oldu. Yalnız səhiyyə deyil, həm də dövlət xidmətləri internet üzərindən xidmət göstərməyə başlayıb. "PayPal" və "Apple Pay" kimi ödəmə sistemləri isə istehlak bazarını həmişəlik dəyişdirdi.
 
 
 
  1. Elektron assistentlər, "ağıllı" ev
"Google Now" və "Siri" xidmətləri elektron assistentlərin yaradılacağını proqnozlaşdırmış Qeytsin proqnozunu təsdiq edir. "Əşyaların interneti" və "ağıllı" evə gəlincə, bu seqmentdə yaxın vaxtlarda inqilab gözlənilir.
 
  1. Müşahidə sistemləri
Bill Qeyts öz kitabında müşahidə sistemlərinin əlçatan olacağını proqnozlaşdırıb. Evlərdə hadisələri qeydə alacaq kameralar quraşdırıla bilər. Bu proqnoz özünü doğruldub: "Google" əbəs yerə "Dropcam" şirkətini satın almaq üçün 555 milyon dollar ödəməyib. İnternet qoşulmanın sürətinin artımı istənilən insana belə qurğuları işə salaraq özünü təhlükəsizləşdirmək imkanı verir.
 
  1. Sosial şəbəkələr

 
Onun proqnozuna görə, gələcəkdə elə saytlar yaradılacaq ki, dar çərçivədə və ya maraqlar üzrə ünsiyyət saxlamaq mümkün olacaq. "Facebook" bu proqnozu doğruldub.
  1. Kontekst reklam
Milyarderin proqnozuna görə, konkret insanın alış-verişinin tarixçəsinin təhlili əsasında ona müvafiq reklam göstəriləcək. Hər birimiz "Google" platformasında axtarış zamanı bu halla qarşılaşırıq.
 
  1. Adaptiv promo-aksiyalar
Bill Qeyts proqnozlaşdırıb ki, elektron sistemlər alış-verişin tarixçəsini təhlil edərək müvafiq məhsul və xidmətlərə endirimlər təklif edəcək. Bu proqnoz da düz çıxıb.
 
  1. İnternetdə "ağıllı" insanların axtarışı
Həm də xeyriyyəçiliklə məşğul olan milyarderin proqnozuna görə, internetdə insanlar ən yaxşı peşəkarları axtara biləcək. "HeadHunter" və "Linked In" kimi portallar iş adamının 16 il əvvəlki proqnozunu tamamilə təsdiq edir.
 
  1. Şəbəkə üzərindən layihələr üzərində birgə iş

"Bulud" xidmətləri, onlayn təqvimlər və konkret fiziki nöqtə ilə bağlı olmayan başqa müasir sistemlər, həmçinin "IP" telefoniya və başqa innovativ ünsiyyət vasitələri sərhədləri aradan qaldırır və insanlar internet üzərindən layihə üzərində birgə iş görürlər. Bəzi layihələrin iştirakçıları ümumiyyətlə bir-birlərini görməyiblər, amma uğurla əməkdaşlıq edirlər.

Emil Hüseynov




05/05/15    Çap et