Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” "ağıllı” təqvim satın alıb


“Google” şirkəti psixologiya və davranış iqtisadiyyatı üzrə professor Den Arielinin elmi araşdırmalarına əsaslanan İsrailin “Timeful” proqramını satın alıb. Razılaşmanın dəyəri bəlli deyil.

"ICTnews" elektron xəbər xidməti “siliconrus.com” saytına istinadən bildirir ki, xidmət ənənəvi təqvim və məsələlər siyahısının funksionallığını özündə  birləşdirir. Arielinin alqoritmi sayəsində mobil proqram istifadəçinin vərdişlərinə alışa və onun məsələlərini avtomatik bölüşdürməyə başlaya bilər.

“Google”un nümayəndələri hesab edirlər ki, İsrail şirkətinin texnologiyaları “Inbox” poçt proqramında və İT nəhəngin başqa proqramlarında istifadə edilə bilər.

“Timeful” 2014-cü ildə yaradılıb və hazırda yalnız “iOS” mobil platforması üçün əlçatandır. Xidmətin qurucuları bildirib ki, indi onlar “Google” ilə birgə yeni layihələrdə çalışacaqlar.

Emil Hüseynov
 




05/05/15    Çap et