Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda məşhur TİLOS proqram təminatının nümayişi olacaq


12-14 may tarixlərində Bakı Ekspo Mərkəzində 5-ci Yubiley Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (Road & Rraffic 2015) sərgisi keçiriləcək.
 
 "Road and Traffic" sərgisi regionun yol-tunel layihələndirməsi və tikintisi, habelə yol təhlükəsizliyi, intellektual nəqliyyat sistemi (its) və ictimai nəqliyyat peşəkarlarını bir araya gətirəcək aparıcı ixtisaslaşdırılmış tədbirdir. 
 
 "Ultra Technologies" şirkəti sərgi çərçivəsində "İnfrastruktur layihələrin daha effektiv idarə edilməsi" mövzusunda seminar keçirəcək. Seminarın keçirilməsində əsas məqsəd xətti tikinti (linear projects) sektorunun iş prosesinin, yol-infrastruktur layihələrdə maliyyə vəsaitləri axınının daha effektiv idarə edilməsi, yeni texnologiyaların tətbiqi, cədvəlqurma texnikalarından istifadə edərək layihə uğurlarının artırılmasıdır.
 
Seminarda dünya təcrübəsində geniş istifadə olunan xətti tikinti və infrastruktur layihələrinin idarə edilməsi üçün nəzərdə tutulmuş - "zaman–məsafə planlaşdırma" əsaslı TİLOS proqram təminatı nümayiş etdiriləcək.
 
TİLOS - infrastruktur layihələri texnologiyasının (yol, tunel, boru-xətti, ötürmə xətlərinin və s.) "zaman-məsafə" diaqramlarını tərtib etmək üçün nəzərdə tutulan qrafik interfeysə malikdir. TİLOS qrafikləri, həmçinin, iş fəaliyyəti, resurslar və məhsuldarlıq profilləri kimi verilənləri idxal etməyə və məsafə oxu ilə sinxronlaşdırmaya imkan yaradaraq planlaşdırma səhvlərini də aradan qaldırır. 
 
RƏVAN
 
 
 
 




05/05/15    Çap et