Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Samux rayonunda leysan yağışların rabitəyə vurduğu ziyan aradan qaldırılıb
Ötən gün yağan aramsız leysan yağışları Samux rayonunun Kür ətrafında yerləşən 8 kəndində fəsadlar yaradıb. Leysan bir çox sahələr kimi, rabitə sahəsinə də ziyan vurub.
Bu barədə Samux Telekommunikasiya Qovşağının rəisi Ələsgər Əliyev məlumat verib. Onun sözlərinə görə, Qırmızı Samux, Yenikənd, Lüksemburq, Burunqovaq, Salahlı, Qarabağlı, Kəsəmən və Poylu kəndlərində leysan rabitə sahəsinə bəzi kiçik problemlər yaradıb. İntensiv yağan yağışlar bəzi abunəçilərin telefon rabitəsinin qırılmasına səbəb olsa da, problem artıq aradan qaldırılıb.
RƏVAN
05/05/15 Çap et