Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən populyar internet brauzerlərinin adı açıqlanıb


"StatCounter" şirkətinin statistikasına görə, "Apple" şirkətinə məxsus "Safari" brauzerinin payı 20 faizi ötüb. Brauzerlərin fərdi kompüter və mobil versiyalarını nəzərə alan analitiklərin məlumatına əsasən, "Safari" populyarlığına görə ikinci internet brauzeridir.
 
"Chrome"un brauzerlər bazarında hesabat dövrünün yekunları üzrə payı 25 faizdən çoxdur.
 
Ekspertlər bildirir ki, "Chrome"un həm planşetləri nəzərə almaqla, həm də onlarsız qurğularda üstünlüyü xeyli çoxdur. Bazarın fevralın yekunları üzrə payı 50,15 təşkil edir. "Internet Explorer" brauzerinin payı azalır, "Firefox" fərdi kompüterlərdə ikinci, bütün qurğularda (11,56 faiz) üçüncü yeri tutur. "Apple" brauzerinin "iOS" və "OS X" sistemləri üçün versiyaları nəzərə alınmaqla 13,64 faizə bərabərdir, - "Macdigger" yazır. 




06/05/15    Çap et