Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” ilk dəfə reklam gəlirinə görə “iOS” platformasını geridə qoyub


“Opera Mediaworks” reklam platformasının hesabatına əsasən, 2015-ci ilin birinci rübünün nəticəsinə görə “Android” mobil əməliyyat sistemi mobil qurğularda göstərilən reklamlardan əldə olunan gəlirə görə “iOS” platformasını ötüb.
 
"ICTnews" elektron xəbər xidməti “siliconrus.com” saytına istinadən bildirir ki, mobil qurğularda göstərilən reklamdan əldə olunan gəlirin 45.77 faizi “Android” platformasının payına düşür. “iOS” platformasında bu göstərici 45,44 faiz təşkil edir.
 
“Opera Mediaworks” reklam platformasının nümayəndəsi bildirir ki, “iOS” platformasında reklam bazarı hələ ki daha çox gəlir qazandırır.
 
“Opera” tədqiqatçılarının məlumatına görə, 2015-ci ilin əvvəlində sosial şəbəkə və oyunlar ən gəlirli kateqoriya olub.
 
Emil Hüseynov




06/05/15    Çap et