Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kənd elektron ATS-lərində əlavə olaraq data və video xidmətləri də göstəriləcək


Regionlarda Multimedia xidmətlərinin inkişafı layihəsinə uyğun olaraq yeni texnologiyaların tətbiqi davam etdirilir.
 
 “Aztelekom”İB-nin Marketinq və satış departamentinin rəhbəri Razi Tağıyev bildirib ki,  söhbət Abşeron, Sumqayıt, Gəncə, Zaqatala, Tərtər, Göygöl, Ağdam və Bərdə  şəhər və rayonlarında ONU avadanlıqlarının qurulmasından gedir.
 
“Daxili xətt şəbəkəsində optik kabelin abunəçilərə yaxınlaşdırılması texnologiyasının  tətbiqi mövcud və layihələndirilən kənd elektron ATS-lərində əlavə olaraq eyni zamanda səs, data və video xidmətləri göstərməyə imkan verəcək” .
 
Bu layihələrin həyata keçirilməsi ilə yanaşı, Telekommunikasiya qovşaqlarında 100 min ADSL portları və 50 min nömrə artımı həyata keçiriləcək.
 
 R.Tağıyev artıq montaj quraşdırma işlərinin həyata keçirildiyini, bəzi yerlərdə ilkin abunəçilərin ONU avadanlıqlarına qoşulduğunu bildirib.
 
 
RƏVAN
 




06/05/15    Çap et