Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hər on “Android” qurğudan birində “Lollipop” versiyası quraşdırılıb


“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin müxtəlif versiyalarının populyarlığı haqda yeni məlumatlar dərc edib. 4 may 2015-ci il tarixindəki statistikaya əsasən, “Android 5.0 Lollipop” mobil platformasının bazar payı 10 faizə çatıb. Bu platforma 2014-cü il oktyabrın ortalarında təqdim edilib və uzun müddət sistemin bazar payı 0,1 faizi ötməyib. Yalnız 2015-ci ilin yanvarında bu göstərici 1,6 faiz təşkil edib.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, smartfon istehsalçıları “Android 5.0 Lollipop” sisteminin populyarlığını təmin edirlər, belə ki, şirkətlər öz elektronika qurğularında sözügedən platformadan istifadəyə başlayıblar. “MWC 2015” sərgisində “Android 5.0 Lollipop” mobil sisteminin idarəetməsi ilə işləyən bir çox cihaz nümayiş etdirilib.

“KitKat” (4.4) və “Jelly Bean (4.1-4.3) versiyaları “Android” qurğular bazarında liderliyi saxlamağa davam edir.
2010-cu ildə buraxılmış “Android Gingerbread” platforması indiyədək “Android” əsaslı elektron qurğuların 5.7 faizinə quraşdırılıb.

Emil Hüseynov




06/05/15    Çap et