Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Beynəlxalq telekommunikasiya şirkəti azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlar üçün sosial layihə həyata keçirəcək
İsveçin "TeliaSonera" şirkətlər qrupu azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlar üçün yeni sosial layihə reallaşdıracaq.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikir Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun "TeliaSonera" şirkətlər qrupunun prezidenti Johan Dennelindin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib.
Qeyd edilib ki, layihə çərçivəsində İsveçin məşhur uşaq nağılları Azərbaycan dilinə tərcümə ediləcək və azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlara paylanacaq.
CAHANGİR
06/05/15 Çap et