Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Komitəsinin göstərdiyi elektron xidmətlər bir müddətlik dayandırılacaq


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərdən istifadə bir müddət mümkün olmayacaq. Komitə e-xidmətlərin verilməsini 3 günlük dayandıracaq.
 
Bu barədə “ICTnews.az”a ƏMDK-nin mətbuat xidmətindən məlumat verilib. Komitədən bildirilib ki, informasiya-kommunikasiya texnologiyaları üzrə server və şəbəkə infrastrukturunda, elektron məlumat bazalarında həyata keçirilən texniki yenidənqurma işləri ilə əlaqədar olaraq ƏMDK-nin fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlər 09.05.2015–11.05.2015 tarixlərində dayandırılacaqdır.
 
 
Bu ayın 12-dən etibarən Əmlak Məsələləri Dövlət Komitəsinin xidmətləri tam fəaliyyəti ilə istifadəçilərin ixtiyarında olacaqdır.
 
 
SEYMUR
 




06/05/15    Çap et